logo
First slide

Türkiyədə koronavirusla bağlı rəqəmlər yenidən artdı

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Press.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 119 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 716 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 292 878 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 225 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 260 058 nəfər təşkil edir.

Oxşar xəbərlər
OTACI
OTACI