Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəsarət Valehov nazir müavininin məktubunu mənasız adlandırdı

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyi məktəblərdə tənəffüs vaxtı zəngin çalınmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: “Məktəblərdə zəngin çalınıb-çalınmamasının nə mənası var? Hər halda şagirdlərin dərsə girməsi ilə bağlı bilmirəm hansı işarədən istifadə etmək olar. Amma zəngin çalınmaması məsələsindən məlumatlı deyiləm”.

Qeyd edək ki, mətbuatda yer alan məlumata görə, Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın məktəblərə məktubla müraciət edib. Məktubda tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacağı qeyd olunub.

Xatırladaq ki, Cəsarət Valehov əksər hallarda jurnalistlərin suallarını cavablandırmaqdan yayınan sözçü kimi tanınır. Bu barədə sosial şəbəkələrdə jurnalistlər çoxlu sayda statuslar yazıb, onunla bağlı dəfələrlə mətbuatda da tənqidi yazılar dərc olunub.

Report

Oxşar xəbərlər
OTACI