Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda məktəblərin ətrafında yeni yol nişanları quraşdırılıb - FOTO

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı ilə bağlı müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, bu məqsədlə bütün təhsil müəssisələri yol polisi tərəfindən nəzarətə götürülüb. DYPŞ-nin əməkdaşları şagirdlərlə profilaktiki söhbətlər apararaq koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə məktəblərdə və ictimai nəqliyyatda, eləcə də dayanacaqda sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, yol hərəkəti qaydalarını izah etmək üçün valideynlərlə təbliğat xarakterli görüşlər keçirilib.

Bundan başqa, Sumqayıt şəhər DYPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müayinələr aparılıb, aşkar olunan çatışmazlıqlar Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları ilə birlikdə aradan qaldırılıb.

Belə ki, təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də nişanlanma xətləri çəkilib. Bununla da məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib, şagirdlər məktəbə gəlib-gedərkən sosial məsafənin qorunması üçün müvafiq dayanma xətləri çəkilib.

Qeyd edək ki, Sumqayıt şəhərində polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Oxşar xəbərlər
OTACI