Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda yol polisi təhlükəsizlik tədbirlərini gücləndirir - FOTO

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olma ehtimalını yaradır. Bu şəraitdə məktəblərdə və məktəbəqədər müəssisələrdə təhsil alan məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması polis əməkdaşlarının qarşısında vacib məsələ kimi dayanır. Bu məqsədlə “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, hər il olduğu kimi, bu il də Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə konkret tədbirlər görülür.

Təhsil müəssisələrinin yerləşdiyi ərazilər, azyaşlı uşaqların toplaşdığı yerlər, onların hərəkət marşrutları, yol şəraiti müayinə olunaraq təhlükəsizliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.

Oxşar xəbərlər
OTACI