logo
First slide

Nazirlik rəsmisindən ünvanlı sosial yardıma görə yoxlamalarla bağlı AÇIQLAMA

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda ünvanlı sosial yardım haqqında qanunvericiliyə əsasən, sosial müavinətə görə müraciət edən ailələrin nazirlik əməkdaşları tərəfindən maddi-məişət şəraitinin yoxlanılması bir dəfə aparılır. Bu yoxlanışın məqsədi ailələrin ünvanlı sosial yardım alması ilə bağlı elektron şəkildə daxil etdiyi məlumatın düzgünlüyünün yerində təsbitidir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlər departamentinin direktoru Rasim Səfərov bildirib.

O qeyd edib ki, ailə ilə bağlı hər hansı bir şübhə yaranarsa, yenidən yoxlanış aparıla bilər:

“Amma bu, o demək deyil ki, ünvanlı sosial yardım almaq istəyən ailələr bir müddət sonra nəzarətsiz qalır. Həmin ailə ilə bağlı şübhə yaranarsa, yenidən yoxlama aparıla bilər”.

“Bu yardımın verilməsində ünvanlılıq, ədalətlilik, bərabərlik prinsipi var”, - deyə R.Səfərov əlavə edib.

Oxşar xəbərlər
OTACI
OTACI