Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST-dən Avropa ilə bağlı proqnoz: Ölüm halları artacaq

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız aylarında Avropada koronavirusdan ölüm sayının artacağını proqnozlaşdırır.

Press.az-ın məlumatına görə, bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge deyib.

O, yaxın aylarda pandemiya ilə vəziyyətin çətinləşəcəyini deyib: “Oktyabrda, noyabrda ölümlülük göstəricilərinin artması gözlənilir”.

Qeyd edək ki, ÜST son sutkada bütün dünyada rekord yoluxmanın qeydə alındığını bildirib. Məlumata əsasən, ötən gün 308 minə yaxın yoluxma qeydə alınıb. Ümumilikdə, bütün dünyada yoluxanların sayı isə 29 milyon nəfəri keçib.

Oxşar xəbərlər
OTACI