Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kolleclərə ixtisas seçimi başa çatdı

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Bu barədə Press.az-a Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ixtisas seçiminin sentyabrın 3-dən 13-ü saat 23:59-dək aparılması nəzərdə tutulurdu.

Lakin ixtisas seçimi 14 sentyabr səhər saatlarına qədər uzadılıb və saat 10:00-da başa çatıb.

İxtisas seçimində 10958 (Azərbaycan bölməsi -10745, rus bölməsi -213) abituriyent iştirak edib.

Bu gün ixtisas seçimi edən abituriyentlərin yerləşdirilməsi aparılacaq və müsabiqənin nəticələri axşam saatlarında elan olunacaq.

Oxşar xəbərlər
OTACI