logo
First slide

Metronun “Həzi Aslanov” stansiyasında eskalator təmirdən sonra istifadəyə verilib - FOTO

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cari ilin yanvar ayında “Həzi Aslanov” stansiyasının əsaslı təmirə dayandırılmış “ET-5M” tipli 1 saylı eskalatoru yenidən istismara verilib.

"Bakı Metropoliteni" QSC-dən Press.az-a verilən məlumata görə, stansiyanın 1 saylı eskalatoru istismara verildiyi vaxtdan bu təmir növünə ilk dəfə dayandırılıb.

Qeyd edək ki, müvafiq texniki-normativ qaydalara uyğun olaraq, ET-5M tipli eskalatorlar 150.000 km-dək qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır.

Təmir dövründə eskalatorun əsas hissələri və qovşaqları sökülərək, təftiş olunub, zəruri yenilənmə və təmir tədbirləri yerinə yetirilib. Bütün işlər metropolitenin eskalatorların təmiri üzrə müvafiq sahəsinin peşəkar və ixtisaslaşmış kadrları tərəfindən icra olunub. İyun ayında eskalatorların təmiri tam yekunlaşdırılaraq, sınaq tənzimləmə işləri aparılıb. Uğurlu sınaq və müvafiq yoxlamalardan sonra eskalator istismara hazır vəziyyətə gətirilib.

Təmirin gedişinə nəzarəti eskalator xidməti yerinə yetirib. Təlimat tələblərinə uyğun olaraq, sonuncu sınaq və təhvil prosesi müvafiq müfəttişlik sahəsinin rəhbərliyi altında həyata keçirilib.

Oxşar xəbərlər
OTACI
OTACI