Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqlar arasında onlayn rəsm müsabiqəsi keçirilir

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hal-hazırda oxucu-kitabxana münasibəti virtual məkana keçib.

Məhz bu səbəbdən Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) uşaqlar arasında “Sevimli əsərimə rəsm çəkirəm” adlı rəsm müsabiqəsi təşkil edir. Rəsm müsabiqəsinə nağıl, əfsanə, povest, şeir və hekayələrə aid rəsmlər onlayn formada təqdim oluna bilər. Rəsmlərdə uşaqlar sevimli nağıl və hekayə qəhrəmanlarını, əsərlərdən səhnəcikləri təsvir edə bilərlər.

Bu barədə Press.az-a Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən məlumat verilib.

Uşaqların həyatında bədii ədəbiyyatın xüsusi rolu vardır. Uşaqlar bədii əsərlərə müraciət edərkən oradakı qəhrəmanlara bənzəmək istəyirlər, bədii əsərlərin səhnələrini gözlərinin önünə gətirirlər. Uşaqların təlim-tərbiyəsinin, estetik zövqünün formalaşmasında bədii ədəbiyyatın əhəmiyyəti əvəzsizdir.

Müsabiqəyə 14 sentyabr tarixindən start verilir və bir ay ərzində davam edəcək. Müsabiqənin qaliblərinə kitabxananın Fəxri fərmanı və tanınmış yazıçı Çingiz Abdullayevin kitabı təqdim olunacaq.

Oxşar xəbərlər
OTACI