Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı metrosu yenidən açılıb

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün səhər saat 06:00-dan Bakı metropoliteninin stansiyaları fəaliyyətini yenidən bərpa edib.

Pess.az-ın məlumatına görə, səhər saatlarından artıq metro stansiyalarının qapıları sərnişinlərin üzünə açılıb. Bütün stansiyalar gücləndirilmiş rejimində fəaliyyətə başlayıb. 72 gün bağlı qalan metro stansiyaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sentyabrın 14-dən yenidən fəaliyyətini bərpa edib.

Stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçülür, koronaviruş şübhəsi olan vətəndaşlar, stansiyalara buraxılmırlar. Bununla yanaşı, stansiyaya daxil olan sərnişin metro ərazisini tərk edənə qədər tibbi maskadan istifadə etməlidir. Bunun üçün hər stansiyada xüsusi nəzarətçilər ayrılıb. Platforma və stansiya ərazisində olan metro nəzarətçiləri sərnişinlərə sosial məsafə saxlamağa, tibbi maskalardan istifadəni tapşırır. Stansiya ərazisinə maskasız sərnişin buraxılmır.

Oxşar xəbərlər
OTACI