Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda kişi arvadını öldürdü

13 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda qətl hadisəsi törədilib.

Hadisə gecə saatlarına baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü, Günay Gəzray qızı Abıyeva yaşadığı evdə həyat yoldaşı 1983-cü il təvəllüdlü Mais Məhəmməd oğlu Abıyev tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, qətl odlu silahdan açılan atəşlə törədilib.

Qeyd edək ki, qətlə yetirilən G.Abıyeva əslən Qobustan rayonundandır. O, ailə qurduqdan sonra Lənkəran rayonunun Liman şəhəri Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var. Qətli törətməkdə şübhəli bilinən M.Abıyev bir qədər əvvəl məhbusluqdan azad olunub.

Faktla bağlı cinayət işi açılıb, rayon prokurorluğunda araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI