Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Toy etmək istəyənlərin nəzərinə! - Nazirlər Kabineti AÇIQLADI

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda sentyabrın 30-dək toy, nişan, yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağalar qüvvədə saxlanılıb.

Press.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarında bildirilib.

Qeyd edilib ki, sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilən ərazilərdə dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə saxlanılıb.

Bundan əlavə, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili ilə məhdudiyyətlər də qüvvədə qalıb.

Oxşar xəbərlər
OTACI