Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün vəziyyəti ağırlaşıb - AÇIQLAMA

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü təcili əməliyyat edilməlidir.

Press.az xəbər verir ki, əməkdar artist bu yaxınlarda xəstəxanaya yoxlanışa yollanıb. Bu zaman ona, təcili əməliyyat olunması bildirilib. Maddi durumu yaxşı olmayan G. Şükürlü əməliyyat xərclərini qarşılaya bilməyəcəyi üçün əməliyyatdan imtina edib.

Məlumatla əlaqədar Press.az saytı G.Şükürlü ilə əlaqə saxlayıb və o, deyilənləri təstiq edərək bildirib ki, bu yaxınlarda baş ağrılarının çoxalması ilə əlaqədar həkimə müraciət edib:

"Yoxlanışdan sonra mənim təcili əməliyyat olunmağım bildirildi. Lakin hazırki vəziyyətlə əlaqədar bu əməliyyatı gərçəkləşdirmək üçün maddi durum yaxşı deyil. Əməliyyatın tam nə qədər xərc aparacağını bilmirəm. 50 min manat, 100 min manat deyil təbii ki, azdır xərci. Amma həqiqətən maddi durum çox pisdir. Bu səbəbdən həm əməliyyatdan qorxuram, həmdə ailəmi pis vəziyyətə salmaqdan." -deyə Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü bildirdi.

Press.az: Tərlan Əhmədov

Oxşar xəbərlər
OTACI