Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Poqba koronavirusdan sağaldı – Məşqlərə qayıtdı

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mançester Yunayted”in və Fransa millisinin futboloçusu Pol Poqba koronavirusdan sağalıb və komanda ilə məşqlərə başlayıb.

Press.az “Sky Sports”a istinadən xəbər verir ki. Bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar Sulşer danışıb. O, 27 yaşlı yarımmüdafəçinin məşqlərə qatıldığını desə də, oyunçunun Premyer Liqanın ilk matçını buraxma riskinin olduğunu bildirib:

“Poqba koronavirusa yoluxduğuna görə bir neçə məşqi buraxmışdı. Lakin onun formaya düşməsi çox vaxt almır. Ən qısa müddətdə meydanlara qayıtmaq üçün çox çalışdı. Ümid edirəm ki. Növbəti həftəsonunadək hazır olacaq. Amma buna tam əmin deyiləm”.

Qeyd edək ki, “Mançester Yunayted”in bu gün Premyer Liqanın 1-ci turunda “Bernli” ilə üz-üzə gələcəyi matç təxirə salınıb. İngiltərə klubu çempionatdakı ilk oyununu 19 sentyabr 2-ci turda “Kristal Pleas”a qarşı keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI