Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsi başlayıb

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsinə start verilib. İmtahanların bir məkanda keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq pandemiya ilə əlaqədar 11 regionda keçirilir”.

Press.az xəbər verir ki, bu fikirləri "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılan işçi qrupunun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, 300 nəfərə qədər iştirakçı yarımfinal mərhələsinə keçəcək: “Hər bir iştirakçıya maska, əlcək verilib. İmtahanda 4 blok üzrə suallar qoyulub”.

F.Hacıyev bildirib ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin sərəncamı ilə keçirilir.

Oxşar xəbərlər
OTACI