Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarda nadir quşları ovlayan şəxslər saxlanılıb

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar rayonunun Mahmudçala adlanan ərazisində qanunsuz ov edən rayonun Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Bildirilib ki, həmin şəxslərdən birinin müvafiq sənədləri olmayan ümumilikdə iki ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl quşu aşkar edilərək götürülüb.

Ovlanan həmin quşlardan üçünün adı “Qırmızı kitab”a düşən Sultan toyuğu olduğu müəyyən edilib. 

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI