Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çexiyada COVID-19-a sutkalıq rekord yoluxma halı qeydə alınıb

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çexiyada ötən sutkada 1 447 nəfərə COVID-19 diaqnozu qoyulub.

Press.az xəbər verir ki, məlumatı ölkənin Milli Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, daha öncəki günlə müqayisədə sutkalıq yoluxma sayı 65 nəfər artıb.

Əhalisi 10,7 milyon nəfər olan Mərkəzi Avropa ölkəsində indiyədək 33 860 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 450 nəfər ölüb, 21 150 nəfər sağalıb.

Hazırda ölkədə 12 260 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, Çexiyanın paytaxtı Praqada iyunun 30-da - koronavirusun yayılmasının səngidiyi dövrdə - pandemiyaya vida ziyafəti verilib.

Oxşar xəbərlər
OTACI