logo
First slide

Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: “İstəmirəm ki, kiməsə zülm verim” - VİDEO

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə sakini İlham Nəsibov özünə qəsd edib. 

Press.az Baku Tv-yə istinadən xəbər verir ki, səhhətində ciddi problemlər olan İ.Nəsibov Qarabağ müharibəsində  iştirak edib. Ağrılara və ayağındakı diabetik qanqrenaya dözə bilməyən 63 yaşlı vətəndaş özünü yandırmaq qərarına gəlib. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, İ.Nəsibov avqustun 27-dən xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır:  

“Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan kəskin qoxunun gəlməsi 63 yaşlı xəstəni intihara sövq edib”. 

 İ.Nəsibov özünə qəsdin səbəbini belə izah edib: 

“Burada məndən beziblər. Digər xəstələr gəlib deyir ki, ayağından iy gəlir. İstəmirəm kimsə mənim əziyyətimi çəksin, istəmirəm kiməsə zülm verim”.  

Həkimlərin köməyi ilə o, yenidən xəstəxanaya gətirilib.

İ.Nəsibova müalicə təyin olunub və bu istiqamətdə profilaktik işlər davam edir. Xəstənin ayaqlarında yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir. 

Oxşar xəbərlər
OTACI
OTACI