logo
First slide

DİM imtahan nəticələrini elan etdi

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

10 sentyabr 2020-ci il tarixində keçirilən 9-cu sinif buraxılış imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Press.az-a verilən məlumata görə, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 9-cu sinif buraxılış imtahanı;

– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, 9-cu sinif buraxılış imtahanlarında 18307 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 1602 nəfər imtahana gəlməyib. 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu. 276 nəfər imtahana gəlməyib.

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Oxşar xəbərlər
OTACI
OTACI