Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN sosial şəbəkədə vətəndaşın şikayətinə reaksiya verdi

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi "Facebook" səhifəsinə vətəndaş tərəfindən edilmiş şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həqiqətən də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, bina 24 ünvanda yerləşən 11 nömrəli mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar qanun pozuntusuna yol verildiyi müəyyən edilib.

Fövqəladə Hallar nazirliyindən Press.az-a verilən məlumata görə, mənzilin sahibi Rəsul Namiq oğlu Qənbərovun beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ona məxsus ümumi sahəsi 72,91 kv.m olmaqla 3 yaşayış otağından ibarət mənzili qeyri-yaşayış sahəsinə keçirmək məqsədilə panel tipli yaşayış binasının dayanıqlığına xələl gətirə biləcək konstruktiv dəyişikliklər aparması, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmadan mənzilin bir sıra divarlarını qeyri-qanuni sökməsi, razılaşdırılmış müvafiq layihə sənədləri olmadan yenidənqurma işləri aparması səbəbindən daha əvvəl FHN-in mütəxəssisləri tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman tikinti işləri dayandırılaraq ərazi lentlənsə də həmin lentin qırıldığı, mənzil daxilində qanunsuz yenidənqurma işlərinin davam etdirildiyi aşkar edilib.

Göstərilən faktla əlaqədar 10 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yenidən həmin obyektə baxış keçirilib, qapı möhürlənib, qeyri-qanuni yenidənqurma işlərini həyata keçirən vətəndaşa tikinti sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulması və bununla əlaqədar görülməsi zəruri olan tədbirlər barədə ətraflı məlumat verilib.

Bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladır, bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində hər hansı bir dəyişikliyin yalnız müvafiq qaydada razılaşdırılmış layihə əsasında həyata keçirilməsinin mümkün olduğunu bildiririk.

Oxşar xəbərlər
OTACI