Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məktəblərdə su problemi necə həll olunacaq? - AÇIQLAMA

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məktəblərdə sanitar qovşaqlarda olan problemlərin həll olunması istiqamətində işlər görülüb və davam etdirilir.

Bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında deyib.

O bildirib ki, məktəblərdə su problemi ilə bağlı məqamlar araşdırılıb və aradan qaldırılıb:

“Yay mövsümündən etibarən bütün məktəblərdə su xətlərinin normal vəziyyətdə olub-olmaması yoxlanılıb. Xüsusilə regionlardakı məktəblərdə bununla bağlı müəyyən problemlərin olması istisna edilmir. Rayon və kənd məktəbləri var ki, sanitar qovşaqlarda su problemi bu gün də qalmaqdadır və bununla bağlı da işlər davam edir. Su xətlərində problem varsa, həll olunur, amma bəzi kəndlərin özündə su problemi var. Bununla bağlı su problemi olan məktəblərə suyun daşınması həyata keçirilir və keçiriləcək”.

Oxşar xəbərlər
OTACI