Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metroda əllə təmas olan səthlər gün ərzində ən azı altı dəfə dezinfeksiya ediləcək - RƏSMİ

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Karantin dövrü olmasına baxmayaraq, Bakı metropoliteni daim sərnişin daşınmasına hazır vəziyyətdə olub.

Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, metropoliten fəaliyyətini dayandırsa da, qatarlar hər an fəaliyyətə hazır vəziyyətdə saxlanılıb:

“Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərara əsasən, sentyabrın 14-ü səhər saat 06:00-dan etibarən metro fəaliyyətini yenidən bərpa edəcək. 72 günlük fasilədən sonra yenidən sərnişinlərə xidmət göstərəcəyik. Stansiyalarda karantin qaydaları çərçivəsində dezinfeksiya işləri aparılıb. Stansiyalarda və platformalarda sərnişin qəbulu zamanı əllə təmas olan səthlər gün ərzində ən azı altı dəfə dezinfeksiya ediləcək.

Bundan başqa, metro fəaliyyətə başlayan gündən etibarən stansiyalar hər gecə müəyyən olunmuş qrafiklər üzrə xüsusi təmizləyici məhlullarla təmizlənərək dezinfeksiya işləri aparılacaq”

Qurum rəsmisi onu da əlavə edib ki, sentyabrın 14-dən metropoliten xüsusi gücləndirilmiş iş rejimində çalışacaq:

“Qurumun bütün əməkdaşları bu prosesə cəlb ediləcək. Stansiya platformalarında sosial məsafənin saxlanmasına əməkdaşlarımız nəzarət edəcəl. Bütün stansiya və qatarlarda təlimat lövhələri vurulacaq. Sərnişinin stansiyaya daxil olandan metropoliten ərazisini tərk edənədək maskadan istifadə etməsi məcburidir. Polis əməkdaşları və stansiya əməkdaşları bu məsələyə xüsusi diqqət yetirəcəklər”.

“Pik saatlarda qatarlar arasında interval iki dəqiqə olacaq. Qatarlarda interval xüsusi nəzarət ediləcək ki sərnişinlər arasında sosial məsafə gözlənilsin. Bunun üçün ehtiyat qatarlar da hazır vəziyyətdə olacaq”.

Oxu.az

Oxşar xəbərlər
OTACI