logo
First slide

Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci il sentyabr ayında ARB telekanalı özünün beşinci televiziya mövsümünə başlayır.

Televiziya ölçü meyarına əsasən qısamüddətli fəaliyyətinə baxmayaraq, telekanal ötən televiziya mövsümünü beynəlxalq reytinq cədvəlinin üçüncü yerində bitirərək, ölkənin ən məşhur telekanallarından biri olmağı bacarıb.

İstirahət günlərinin efir gündəliyini gücləndirməyə xidmət edən layihələrdən biri NTV kanalının “Секрет на миллион” layihəsinin adaptasiyasıdır. Layihənin ilk buraxılışı “Onun sirri” adı ilə tezliklə nümayiş olunacaq. 

Teleaparıcı Lətafət Ələkbərovaya incəsənət sahəsinin və şou-biznesin tanınmış simalarının əsas sirlərini öyrənmək imkanı verilib. Onun şəxsi, dramla dolu həyat təcrübəsi atmosferə daha çox səmimilik qatacaq və əsas qəhrəmanların tarixçələrini daha yaxından hiss etmək üçün şərait yaradacaq. Layihə 90-cı illərin ortalarından televiziya sahəsində çalışan məşhur azərbaycanlı prodüser Anar Mədətova həvalə olunub.    

Layihənin orijinalında olduğu kimi, qəhrəmanlara veriliş boyu doğru və dürüst cavablara görə pul mükafatları təqdim ediləcək.  Adaptasiya olunan layihənin kulminasiya nöqtəsi olan əsas sual qalacaq – zərf yandırılacaq, yoxsa qonağın şokedici sirri açılacaq?!

Oxşar xəbərlər
OTACI
OTACI