Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sentyabrın 14-dən metropoliten xüsusi gücləndirilmiş iş rejimində çalışacaq

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı metropoliteni karantin dövründə sərnişin daşımaq üçün daim hazır vəziyyətdə olub.

Bunu Press.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metropoliten fəaliyyətini dayandırdığı vaxtlarda da hər an hazır vəziyyətdə olub: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərardan sonra metro sentyabrın 14-ü səhər saat 06:00-dan fəaliyyətini yenidən bərpa edəcək. Yəni, 72 gündən sonra yenidən sərnişin qəbul edəcəyik. Stansiyalar dezinfeksiya ediləndən sonra sərnişin qəbul ediləcək. Stansiyalarda və platformalarda əllə təmas olan səthlər gün ərzjndə ən azı 6 dəfə dezinfeksiya ediləcək. Bundan başqa, metro fəaliyyətə başlayan gündən etibarən stansiyalar hər gecə müəyyən olunmuş qrafiklər üzrə xüsusi təmizləyici məhlullarla təmizlənərək dezinfeksiya işləri aparılacaq".

B.Məmmədov bildirib ki, sentyabrın 14-dən metropoliten xüsusi gücləndirilmiş iş rejimində çalışacaq: "Bütün əməkdaşlarımız prosesə cəlb ediləcək. Stansiya platformalarında əməkdaşlarımız sosial məsafənin saxlanmasına nəzarəti gücləndirəcək. Bütün stansiya və qatarlarda təlimatlar yerləşdirilib. Sərnişinin stansiyaya daxil olandan metropoliten ərazisini tərk edərək maskadan istifadə etməsi məcburidir. Polis əməkdaşları və stansiya əməkdaşları bu məsələyə xüsusi diqqət yetirəcəklər".

Metropoliten rəsmisi qeyd edib ki, pik saatlarda qatarlar arasında interval 2 dəqiqə olacaq: "Qatarlarda intervala xüsusi nəzarət ediləcək ki, sərnişinlər arasında sosial məsafə gözlənilsin. Bunun üçün ehtiyat qatarlar da hazır vəziyyətdə olacaq".

Oxşar xəbərlər
OTACI