Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

Oxşar xəbərlər
OTACI