Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Preventiv Qrup Şəkidəki təcridxanada nöqsanlar aşkarladı - RƏSMİ

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Bu barədə Ombudsman Aparatının məlumatında bildirilib.

Başçəkmə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Ombudsman haqqında” Konstitusiya qanunu əsasında təşkil olunub.  

Başçəkmə çərçivəsində saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanasına baxış keçirilib. Bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.

Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlıq olduğu, yetkinlik yaşına çatmayan şəxsin Daxili İntizam Qaydalarına zidd olaraq yetkinlik yaşına çatmış şəxslərlə bir kamerada saxlanıldığı, kameralarda və cərimə otaqlarında yataq dəstlərinin çirkli və bir hissəsinin isə yararsız olduğu müəyyən edilib.

Daxil olan müraciətlər araşdırılıb, hər bir şəxsə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə söhbət aparılıb, saxlanma şəraitinin təkmilləşdirilməsi və müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib. 

Oxşar xəbərlər
OTACI