Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MEK akademik Dilqəm Tağıyevin biblioqrafik göstəricisini təqdim edir

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AMEA Mərkəzi Elmi Kitabxana (MEK) Azərbaycanın kimyaçı alimi, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “Azərbaycan elm və mədəniyyət xadimləri seriyasından” biblioqrafik göstəricisini təqdim edir.

Press.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru, kimya üzrə elmlər doktoru, akademik Vaqif Fərzəliyev, ixtisas redaktoru və məsləhətçisi, MEK direktoru Sevil Zülfüqarova, tərtibçiləri Günel Əsgərova və Türkan Vahidovadır.

Biblioqrafik göstərici görkəmli kimyaçı alim Dilqəm Bəbir oğlu Tağıyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, alimin 1969-2019-cu illərdəki elmi əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əhatə edir.

Biblioqrafik göstərici kimya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitab AMEA-nın “Elm” nəşriyyatında çap edilib.

Oxşar xəbərlər
OTACI