logo
First slide

Bakı metrosu həftəsonları işləməyəcək

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa ediləcək. 

Qərarda qeyd edilib ki, metro həftəsonları işləməyəcək. 

Belə ki, sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.

Qeyd edək ki, operativ qərargahın avqustun 31-də verdiyi qərara əsasən, sərt karantin rejimi mövcud olan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. 

Qərarla Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb.

Oxşar xəbərlər
OTACI
OTACI