Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il 23 min şəxsə yaşa görə müavinət təyin olunub

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi yaşlı əhalinin sosial təminat sistemi ilə əhatə olunmaq imkanlarını və bu sistemin əhatə dairəsini daha da artırıb.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Press.az-a verilən məlumata görə, bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub.

Beləliklə, həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə çatmalarını gözləmədən, daha erkən dövrdə yaşa görə müavinət hüququ qazanıblar.

Ümumilikdə, yaşa görə müavinətlə təmin olunanların sayı hazırda 100 minə yaxındır.

Oxşar xəbərlər
OTACI