Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş informasiya məktubu hazırlandı

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında nasir, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazırlandı.

Bu barədə Press.az-a Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən məlumat verilib.

İnformasiya məktubunda “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, həyat və yaradıcılığıi haqqında məlumatlar əks olunmuşdur.

Bundan başqa, Həsən Seyidbəylinin filmləri haqqında məlumat və filmlərin YouTube kanalında yerləşdiyi versiyalarının linkləri göstərilmişdir.

İnformasiya məktubunda Həsən Seyidbəylinin rejissoru olduğu , 1973-cü ildə çəkilmiş, Azərbaycan xalqının görkəmli şair və filosofu, İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş “Nəsimi” və Azərbaycan xalqının şanlı oğlu, kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş “Uzaq sahillərdə” (Ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli) filmləri haqqında məlumatlar da əks olunmuşdur.

İnformasiya məktubunda yaradıcı insanların Həsən Seyidbəyli haqqında fikirləri də verilmişdir.

İnformasiya məktubuna aşağıdakı linkdən baxa və ya yükləyə bilərsiniz:

http://yasamal.cls.az/front/files/libraries/81/documents/887761514.pdf

Oxşar xəbərlər
OTACI