Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Telefonda SIM-kartın ayarlarına toxunmayın - XƏBƏRDARLIQ

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Telefonda SIM-kartın ayarlarına toxunmamalısınız. Diqqətsiz bir hərəkət etsəniz, mütəxəssis köməyi olmadan telefonu zavod parametrlərinə qaytarmaq mümkün olmayacaq”.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyanın “Gamesup42” şirkətinin Baş əməliyyat direktoru Olqa Timofeyeva xəbərdarlıq edib.

O, həmçinin bildirib ki, ayarlarda dəyişiklik edilərsə internet, yaxud mobil rabitəyə giriş itə bilər:

“Abunəliklər və ya pullu xidmətlərlə çox diqqətli olmalısınız. Əgər bu xidmətlər operator tərəfindən SIM-kart menyusuna daxil edilibsə, onları ləğv etməyə çalışmayın”.

Olqa Timofeyeva qadjetin işində müstəqil olaraq dəyişiklik etmək məqsədi ilə “tərtibatçı rejimi”ndən istifadə etməməyi məsləhət görüb. Mütəxəssisin sözlərinə görə, bu bölmə istehsalatda smartfonların quraşdırılması üçün lazımdır. Orada hər hansı bir dəyişiklik, nasazlıqlara və ya telefonun zədələnməsinə səbəb ola bilər.

Oxşar xəbərlər
OTACI