logo
First slide

Kanadalı hakim hicablı olduğuna görə işinə baxmadığı qadından beş il sonra üzr istədi

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kanadanın Kvebek əyalətində hakimlərin ən yüksək intizam orqanı olan Kvebek Məhkəmə Şurasının üzvləri hakimlərdən birinin müsəlman qadının işinə baxmamasına görə, onlayn iclas keçirib.

“Anadolu” agentliyi xəbər verir ki, Eliana Marenqo müsəlman qadın Rania Əl-Alloulun hicablı olduğuna görə, onun işinə baxmayıb.

Bu məqsədlə keçirilən iclasda həmin hakim yazılı qaydada müsəlman qadından üzr istəyib.

O, bildirib ki, Əl-Allouldan baş örtüyünü çıxarmasını istəməklə səhv edib, səbəb olduğu narahatlığa görə peşmandır və əsla hörmətsizlik etmək istəməyib.

Hakim Əl-Alloula müraciət edərək “Sizdən ürəkdən üzr istəyirəm” deyib. Əl-Alloul onun üzrünü qəbul edib.

Qeyd edək ki, 2015-ci ilin aprelində, Kanadanın Monreal şəhərində sözügedən hakim yol hərəkəti qaydalarının pozulması ilə bağlı məhkəmədə hicablı olduğuna görə, müsəlman qadının işinə baxmayıb. O, hicabı günəş gözlüyü və papaqla müqayisə edərək, məhkəmənin dünyəvi bir yer olduğunu, hakim qarşısında bunları çıxarmalı olduğunu deyib. O, qadından hicabını çıxarmağı, ya da yerinə vəkil göndərməyi tələb edib. Hakimin bu davranışı ictimai qınağa səbəb olub.

Oxşar xəbərlər
Category news

tr_star

01 Oct 2020

OTACI
OTACI