Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə vəziyyət pisləşir - Malatyada 15 gün küçəyə çıxmamaq tövsiyə edildi

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin bir neçə vilayətində yoluxma sayında kəskin artım müşahidə olunur.

Press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van və Malatya vilayətlərində yoluxma sayında müşahidə olunan kəskin artım ciddi narahatlığa səbəb olub. Vanda son 1 ayda yoluxma sayının iki dəfə artmasından sonra Səhiyyə naziri Fəxrəddin Qoca vilayətə səfər edib.

“Ölkədə mart ayından başlayan epidemiyanın yayılmasında təkrar artım yaşanır, bu gün yeni qərarlar açıqlanacaq”,- deyə F. Qoca qeyd edib.

Eyni zamanda Malatya vilayətində də koronavirusla bağlı vəziyyətin kritikləşməsi ilə Malatya valisi Aydın Baruş və Böyükşəhər Bələdiyyə başçısı Səlahəddin Gürkan vətəndaşlara SMS müraciət göndərib. SMS-lərdə vətəndaşlardan ehtiyac olmadığı təqdirdə 15 gün küçələrə çıxmamaları istənilib.

“Əziz həmvətənlər, sağlamlığınız bizim üçün çox vacibdir. Xahiş edirik, özünüzün, ailənizin və cəmiyyətimizin sağlamlığı üçün məcburiyyət olmadığı təqdirdə 15 günə çölə çıxmayın”,- deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, Türkiyədə ölkə üzrə ümumilikdə 284 943 insan koronavirusa yoluxub, onlardan  6 837 nəfər xəstəlik səbəbindən həyatını itirib.

 

Oxşar xəbərlər
OTACI