Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda vətəndaşlarla kobud danışan vəzifəli şəxs cəzalandırıldı - VİDEO

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlarla yerli bələdiyyə nümayəndəsi arasında narazılıq yaşanıb.

Press.az-ın Baku.ws-ə istinadən məlumatına görə, Məmməd Səid Ordubadi küçəsində baş verən hadisəyə səbəb vətəndaşların ümumi yolun bələdiyyə nümayəndəsi tərəfindən satışa çıxarılması olub. Belə ki, şikayətçilər bələdiyyə rəsmisindən yolun hansı səbəbdən satışa çıxarılmasını soruşub və buna etiraz ediblər. Daşdəmir Muradov isə sakinlərin iradına kobud şəkildə etiraz etməklə kifayətlənib.

Binəqədi Rayon İcra Hakimiyyətindən baş verənlərə cavab olaraq bildirilib ki, qeyd edilən görüntülərin araşdırılması məqsədilə aidiyyəti üzrə Biləcəri bələdiyyəsilə əlaqə saxlanılıb.

Bələdiyyədən vərilən məlumatda isə qeyd edilib ki, həmin ərazidə vətəndaşın torpaq sahəsinin qanunsuz şəkildə qonşusu tərəfindən zəbt edilməsi ilə bağlı etirazının araşdırılması məqsədilə bələdiyyənin məsul şəxsi qismində Daşdəmir Muradov əraziyə göndərilib.

Bələdiyyə qulluqçusuna yaraşmayan hərəkət və münasibət göstərdiyi üçün Biləcəri bələdiyyəsinin memarı Daşdəmir Muradov haqqında bələdiyyə aparatının iclası keçirilərək lazımi inzibati tədbirlər görülüb.

 

Oxşar xəbərlər
OTACI