logo
First slide

Həbsdəki oğluna gətirdiyi sovqatın içindən heroin çıxdı

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Press.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Abdullayev Ramil Çingiz oğluna atası Ağdaş şəhər sakini Abdullayev Çingiz Səlim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan cins şalvara xüsusi üsulla hopdurulmuş ümumi çəkisi 0,128 qram narkotik maddə “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI