Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda daha bir "Mall" tikilir - FOTO

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda daha bir iri ticarət mərkəzi inşa edilir.

Press.az-ın Trend-ə istinadən məlumatına görə, yeni mərkəz paytaxtın Yasamal rayonu ərazisində tikilir.

“Zefir Mall” adlandırılacaq iri obyektin ərazisi 11,6 hektardır. Obyekt alış-veriş və əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək. Bakı dairəvi avtomobil yolunun yaxınlığında, Yasamal yaşayış kompleksinin ərazisində yerləşən ticarət mərkəzinin binası 6500 kvadrat metr sahəyə malik olacaq, öz minimalist və modern xarici dizaynı ilə digərlərindən seçiləcək.

Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.

Oxşar xəbərlər
OTACI