Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada nazir müavini həbs edildi

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskvanın Basman Məhkəməsi Rusiyanın energetika nazirinin müavini Anatoli Tixonovun 600 milyon rubldan çox pulun mənimsənilməsi ittihamı üzrə həbsinə sanksiya verib.

"Məhkəmə müstəntiqin vəsatətini təmin etmək, həbs tədbirini seçməyi qərara alır", - hakim Valentina Levaşova qərarı elan edib.

İstintaq Komitəsi Tixonova, onun məsləhətçisi Roman Rıjkova, şirkət rəhbəri Vladimir Makarova və Viktor Serebryakova külli miqdarda dələduzluqla bağlı ittiham irəli sürüb və bu şəxsləri noyabrın 8-ə qədər həbs etməyi xahiş edib.

İstintaqın rəyinə görə, informasiya sisteminin yaradılması üçün Energetika Nazirliyinə ayrılmış "azı 603 milyon rubl" mənimsənilib.

Report.az

Oxşar xəbərlər
OTACI