Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ombudsman azyaşlı qızın fiziki zorakılığa məruz qalmasını nəzarətə götürüb

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhərində azyaşlı qızın fiziki zorakılığa məruz qalması iddiası ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Ombudsman Aparatından məlumat verilib.  

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə 9 sentyabr 2020-ci il tarixində bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə azyaşlı uşağın ögey atası tərəfindən fiziki zorakılığa məruz qalması barədə yayılmış məlumatların yerində araşdırılması məqsədi ilə Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhərində olublar.

Araşdırma çərçivəsində Ombudsmanın nümayəndələri, o cümlədən ixtisasca psixoloq olan əməkdaş tərəfindən həmin ailə ilə görüş keçirilib, anasının iştirakı ilə azyaşlı qızla, habelə uşağın valideynləri ilə fərdi qaydada söhbətlər aparılıb. Mövcud vəziyyətdə valideyn və uşağın hüquq və vəzifələri barədə onlara hüquqi məsləhət verilib, uşağın hüquq və mənafelərinin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Məsələ Ombudsmanın nəzarətindədir.

Oxşar xəbərlər
OTACI