logo
First slide

Allahşükür Paşazadə Nobel mükafatına namizəd oldu

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub.

Press.az xəbər verir ki, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov Mediapost.az-a açıqlamasında bu il Azərbaycandan cəmi bir namizədin təqdim olunduğunu bildirib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilib. Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.

Oxşar xəbərlər
OTACI
OTACI