Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil Nazirliyinin qarşısındakı çökmüş yol bərpa edilib

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün sosial şəbəkələrdə Bakının Xətai prospekti, 39 ünvanında yolun kənarında asfalt örtükdə çökmənin baş verməsi ilə bağlı məlumat yayılıb.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, dərhal bu barədə aidiyyəti şöbəyə məlumat verilib və sözügedən ünvana məsələnin araşdırılması üçün əməkdaşlar cəlb edilib. 

Qeyd edilən ərazidə səki ilə hərəkət hissə arasında kommunikasiya xəttinə aid quyu var və quyunun baxış qapağı oturan beton hissəsi dağılıb. Nəticədə kiçik bir ərazidə asfalt örtüyün çökməsi qeydə alınıb. Qurum kommunikasiya xətlərinə cavabdehlik daşımasa da, vətəndaşların təhlükəsizliyi üçün problem qısa müddətə aradan qaldırılıb.

Oxşar xəbərlər
OTACI