Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Torqovaya”nın ağır yükü: Binalar təhlükə altındadır - VİDEO

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının “Torqovaya” kimi tanınan Nizami küçəsində tarixi və gözoxşayan binalar təhlükə altındadır. Bu binaların üzərində tikilən yeni mərtəbələr sözün əsl mənasında şəhərin görüntüsünə xələl gətirməklə yanaşı onları təhlükə altında qoyur.

Məsələnin aktuallığını nəzərə alan Baku TV əməkdaşları sözügedən ərazidə olub.

Əslində binaların zaman-zaman yenidən qurmaya və təmirə ehtiyacı var, amma restavrasiya adı ilə yeni tikinti aparmaq problemdir. Buna səbəb bir bina tikilən zaman təməli qoyularkən onun bütün yükləri hesablanır, mövsüm dəyişkənliyinə əsasən külək və qar yükü də nəzərdə tutulmasıdır. Yəni, sonradan tikiləcək mərtəbələr binanın görüntüsünə xələl gətirməklə yanaşı orada yaşayan sakinləri də təhlükə qarşısında qoyur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirdilər ki, bu məsələ artıq onların səlahiyyətində deyil. Belə ki, Prezidentin 1 avqust 2018-ci il fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, bu tikililər 2018-ci ildən əvvələ təsadüf edir, buna görə də bu məsələnin onlara heç bir aidiyyəti yoxdur.

Nəticə olaraq, tikintinin hansı qurumun nəzarəti altında və kim tərəfindən həyata keçirildiyi naməlum olaraq qaldığı kimi, bu tikintilərin görüntünü korlayaraq, təhlükə yaratdığı halda sökülməməsi də qaranlıq məsələdir. 

Oxşar xəbərlər
OTACI