Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Üçüncü ölkədə oynamağımız haqda qərar verilsə, razılaşacağıq" - Tahir Gözəl

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Bakıda Norveç təmsilçisi "Molde"ni qəbul etməli olsa da, qarşı tərəf  COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyu qaçırır.  "Molde"nin ölkəyə qayıtdığı zaman dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumu səbəbindən ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb.

Press.az xəbər verir ki, "Qarabağ"ın prezidenti Tahir Gözəl baş verən hadisəni klubun saytına dəyərləndirib.

O deyib:  "Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç  tərəfinin bu ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ"  tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə ora gedərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən imtina edərək neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın üçüncü ölkədə keçirilməsi haqqında qərar verilsə, orada oynamağa razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanıram və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI