logo
First slide

Bakıda yeddi yaşlı uşağına işgəncə verən anadan polisə şikayət edildi

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərində yeddi yaşlı uşaq valideynlərindən biri tərəfindən təhqir və fiziki zorakılığın qurbanı olub.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Səkkiz sentyabr tarixində paytaxt sakini İ. Abdullayev (1982-ci il təvəllüdlü) Nəsimi rayonunun 19-cu polis bölməsinə müraciət edib.

Kişi bildirib ki, həmin gün keçmiş həyat yoldaşı E. Abdullayeva (1986-cı il təvəllüdlü) yeddi yaşlı oğlu Ömərə qəsdən xəsarət yetirib.

Onun sözlərinə görə, qadın uşağın əlini mətbəxdəki sobanın üstündə yandırıb.

İ. Abdullayev keçmiş həyat yoldaşının qəddar davranışlarının səbəbini izah edə bilməyib.

Hazırda polis əməkdaşları hadisənin təfərrüatını araşdırır. İndiyə qədər bu faktla bağlı heç kim saxlanılmayıb.

Məlum olub ki, valideynlər yardım üçün həkimlərə müraciət etməyiblər.

5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindən verilən məlumatda bildirilir ki, kömək üçün onlara müraciət edənlərin siyahısına yeddi yaşlı Ömər Abdullayevin adı düşməyib. 

Qeyd edək ki, oxşar hadisə bu həftə Sumqayıtda baş verib. Ögey ata bıçağı qızdırıb 11 yaşlı uşağın əlinin üzərinə basıb.

Yeniyetmə qız atalığının əlindən qaçaraq kömək üçün qonşulara müraciət edib və onlar da öz növbəsində “102” xidmətinə məlumat veriblər.

Bildirilir ki, qızın valideynləri qonşuları təhdid edərək, ailənin işlərinə qarışmamağı tələb ediblər.

Sosial şəbəkələrdə ictimailəşdirilən hadisə hüquq müdafiəçilərinin diqqət mərkəzindədir.

Oxu.az

Oxşar xəbərlər
OTACI
OTACI