Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu yolda əsaslı təmir işlərinə başlandı

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən avtomobil yolunun tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər yolda birinci mərhələdə işlər başa çatdırılacaq:

"Bu ilin sonuna qədər çalışacağıq ki, heç olmasa yolu ikiqat asfaltlayıb, sürücülərin istifadəsinə verək. Növbəti mərhələ isə gələn il başa çatacaq. Gələn il 3-cü lay asfalt vurulmaqla tam olaraq yolda işlər bitəcək. 2021-ci ildə yolda təmir işləri tam başa çatacaq və istifadəyə veriləcək. Amma ilin sonuna kimi sürücülərimiz geniş, 1-ci dərəcəli yoldan istifadə edə biləcəklər".

Trend

Oxşar xəbərlər
OTACI