Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuyucu toz" gətirən avtomobildə "İphone"lar aşkarlandı - FOTO

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İran İslam Respublikasından "yuyucu toz" yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Press.az-a verilən məlumata görə, yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastmast qabın yandan kəsilərək içərisinə yerləşdirilmiş 10 ədəd "İPhone 11" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI