Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus peyvəndi neçəyə olacaq?

08 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın əczaçılıq korporasiyası "Sanofi" və Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.

Press.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Sanofi"inin rəhbəri Olivye Bojiyo bildirib.

Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.

Olivye Bojiyo əlavə edib ki, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar: "Biz yayda amerikalılarla müqavilə imzaladıq, həmin vaxt bu sənəd avropalılar, o cümlədən britaniyalılarla da imzalanıb".

Vaksinin 100 milyon dozası ABŞ-a, 300 milyonu isə Avropaya göndəriləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalılara noyabrın 1-dək yerli vaksininin yaradılacağını söz verib.

Oxşar xəbərlər
OTACI