Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abdullah Mursi zəhərlənərək öldürülüb - Vəkillərindən açıqlama

08 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Misirli vəkillər keçmiş prezident Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursinin zəhərlənərək öldürüldüyünü açıqlayıblar.

Ötən il atasının ölümündən bir neçə ay sonra dünyasını dəyişən Abdullahın sükan arxasında ürəktutmadan öldüyü deyilirdi. Ancaq Mursi ailəsinin vəkilləri onun zəhərli maddə ilə qətlə yetirildiyini bildirirlər.

“Guernica 37” Beynəlxalq Hüquq Ofisi Abdullah Mursinin öldürülməsinə dair əllərində faktlar olduğunu açıqlayıb.

Mərkəzi Londonda yerləşən qurumun məlumatına görə, Abdullah zəhərli maddənin ona vurulmasından sonra ölüb və avtomobili ilə qəsdən yaxınlıqdakı xəstəxanaya yox, 20 kilometr uzaqlıqdakı xəstəxanaya çatdırılıb.

Hüquq ofisinin rəsmisi Tobi Kadman Abdullah Mursinin ölümünə onun sosial şəbəkədə Məhəmməd Mursinin vəfatında bəzi rəsmi şəxsləri ittiham etməsinin səbəb olduğunu qeyd edib.

Vəkillər cinayəti bilməkdə günahlandırdıqları bəzi dövlət məmurlarına qarşı qərəzsiz istintaq aparılmasına çağırış ediblər.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI