Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmaz-Xudatda fəaliyyət göstərən avtobuslarda qiymət artıb? - RƏSMİ AÇIQLAMA

08 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmazla Xudat arasında fəaliyyət göstərən avtobuslarda gediş haqqı 50 qəpikdən 80 qəpiyə artırılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, Xaçmaz-Xudat yolunda qanunsuz işləyən mikroavtobuslarda belə hallar ola bilər:

“Bizim rəsmi fərqlənmə nişanı verdiyimiz şəhərlərarası, rayonlararası avtobuslar rəsmi qaydada fəaliyyət göstərmir. Pandemiya ilə əlaqədar onların işi məhdudlaşdırılıb. Daxildə - kəndlərə, qəsəbələrə işləyən və bizim tərəfdən fərqlənmə nişanı alan avtobuslarda qiymət artımı baş verməyib. Buna ciddi nəzarət olunur”. 

Oxşar xəbərlər
OTACI