Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

3 yaşlı uşağın ölümünə görə 4 ildir davam edən məhkəmə proseslərində 5-ci dəfə ekspertiza təyin edilib - FOTO

08 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da, günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.

Press.az xəbər verir ki, həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

4 ildir davam edən məhkəmə proseslərində artıq 5-ci dəfədir ki iş ekspertizaya göndərilib. Məhkəmə proseslərinin bu qədər uzadılmasının və 5-ci dəfə ekspertiza rəyinin təyin edilməsinin səbəbləri məlum deyil. Lakin qeyd edilir ki, bu müddət ərzində həkim-anestezioloqu İsmayıl Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ekspertiza 5-ci dəfəki rəyində qeyd edib ki, azyaşlı A.Qurbanlıda müşahidə edilən qusmaların qida qəbulu ilə əlaqəsi yoxdur.  Arzu Qurbanlının ölümündə birbaşa həkimin günahı olduğu, yaş həddi nəzərə alınmadan, əməliyyatdan öncə ona anestetik vasitə olan “Kolipsol” dərman preparatını 1-2 mq/kq vurmaq əvəzinə, normadan xeyli artıq - 150 mq dozada vena daxilinə yeritməsi anestioloji ağırlaşmaya səbəb olduğu bildirilib.

Bu barədə Press.az-a uşağın atası Sənan Qurbanlı məlumat verib.

Sonuncu məhkəmə 2020-ci il sentyabr ayının 4-də, 5-ci ekspertiza rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev tərəfindən keçirilib.

Növbəti məhkəmə prosesi 2020-ci il sentyabr ayının 29-da baş tutacaq.

Oxşar xəbərlər
OTACI