Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan pandemiya ilə bağlı ən təhlükəsiz ölkələr siyahısına daxil edilib

08 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Deep Knowledge Group” təşkilatı koronavirusla bağlı dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını hazırlayıb.

Press.az “Forbes”a istinadən xəbər verir ki, araşdırma 100 ölkəni əhatə edib.

Azərbaycan siyahıda 59-cu yeri tutub.

Qonşu ölkələrdən Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü sırada qərarlaşıb.

Ən təhlükəsiz beş ölkə kimi Almaniya, Yeni Zelandiya, Cənubi Koreya, İsveçrə, Yaponiya göstərilib.

Koronavirusun yayılması baxımından ən çətin vəziyyət Somalilend, Cənubi Sudan, Əfqanıstan və Malidədir. 

Araşdırma müəllifləri bildiriblər ki, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib edilib.

Oxşar xəbərlər
OTACI